Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

beril

yun. beryllos

Silikatlar sinfinə aid heksaqonal sinqoniyamineral.

Müxtəlif rəngdə olur. Prizmatik, iynəvarı kristallar əmələ gətirir. Kvars, turmalin, flüorit və s. ilə birlikdə tapılır. Qranit peqmatitlərində, qreyzenlərdə, skarnlarda, metasomatik tipli pnevmatolit-hidrotermal yataqlarda əmələ gəlir. Berillium almaq üçün mühüm mineraldır. Təmiz, şəffaf növü qiymətli bəzək daşıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti