Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

həkim sirri

Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlıq vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə yayılması məhdudlaşdırılan informasiya.

Azərbaycan qanunvericiliyinə gö­rə, H.S. yalnız vətəndaşın (onun qanuni nümayəndəsinin) razılığı ilə, müstəsna hallarda isə (yoluxucu xəstəliklərin yayılması təhlükəsi, hüquqazidd hərəkətlər barədə şübhə yarandıqda, kütləvi zəhərlənmələr və zədələnmələr zamanı, istintaq orqan­larının və məhkəmənin sorğusu əsasında və s.) belə razılıq alınmadan açıqlana bilər. H.S.-nə müstəsna qaydada yiyələnən şəxs­lər onun yayılmasına görə tibb işçilərinə bərabər məsuliyyət daşıyırlar.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti