Dövlət və bələdiyyə orqanlarında çalışmayan şəxslərə yalnız peşə vəzifələrini yerinə yetirmələri ilə əlaqədar etibar edilmiş, qanunla qorunan informasiya.
Bir sıra peşələrlə bağlı qanunlar P.S.-lərini müəyyən edir. Vəkil sirri, notariat sirri, həkim sirri, statistika sirri, bank sirri, jurnalistin informasiya qaynaqlarının gizliliyi P.S. sayılır. İnformasiyanın açıqlanmasının P.S. adı altında məhdudlaşdırılması üzrə normalar yalnız həmin peşə sahiblərinə aiddir; məsələn, P.S.-nin daşıyıcısı olan və onu qorumağa and içmiş vəkil müdafiə etdiyi şəxsdən öyrəndiyi informasiyanı bu şəxsdən icazəsiz mətbuata ötürə bilməz. Lakin həmin informasiya jurnalistə başqa mənbədən məlum olarsa, yaxud eyni informasiyanı müdafiə olunan şəxs başqa adama verərsə, bu, qanunla qorunan sirr sayılmır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti