Günəş və onun ətrafında dövr edən böyük planetlər, həmçinin bu planetlərin peykləri, kiçik planetlər, xırda hissəciklər (meteoritlər, kosmik toz) kimi fəza cisimlərindən ibarət ulduz sistemi.
Bu sistemin fəza cisimləri arasında qravitasiya əlaqələri mövcuddur. 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının qəbul etdiyi təsnifat üzrə onlar üç kateqoriyaya bölünür: planetlər, cırtdan planetlər və G.S.-nin kiçik səma cisimləri. G.S.-nə 8 böyük planet, onlarca peyk, yüz minlərlə asteroid, kometa, meteor və s. daxildir. Böyük planetlərin bir qisminin öz atmosferi var. G.S.-nin təxminən 4,57 mlrd. il yaşı olduğu güman edilir. O, saniyədə 220 km sürətlə qalaktikanın mərkəzi ətrafında hərəkətdədir.
Coğrafiya terminləri lüğəti