yun. geo – Yer + yun. thermos – isti
Yer qabığı dərinliyində temperaturun 1˚C dəyişməsi üçün yuxarı qalxmaq, yaxud aşağı enmək lazım gələn məsafə.
G.P.-nin Yer qabığı üzrə orta göstəricisi 30-40 metr təşkil edir. Lakin o, bütün ərazilərdə eyni ölçüyə malik deyil. Avropada G.P. 27-38 m, Şimali Amerikada 36-54 m, Avstraliyada 19-29 m, Asiyada 20-26 m, Afrikanın cənubunda – Yohannesburq şəhəri ətrafında isə 111 m-dir. G.P.-nin böyüklüyü, yaxud kiçikliyi konkret ərazidə Yerin geoloji quruluşundan, dağ süxurlarının tərkibi və fiziki vəziyyətindən, dərinlikdən və s.-dən asılıdır. Bir qayda olaraq, Yerin mərkəzinə doğru getdikcə G.P. artır və temperaturun yüksəlməsi zəifləyir. Azərbaycanın Abşeron yarımadasında G.P. 23-35 m, Saatlı rayonunda isə 20 m-dən azdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti