Fikrin üstüörtülü, məcazi, eyhamlı şəkildə ifadəsi.
M.ö. VI–V əsrlərdə yaşadığı güman edilən yunan şair-təmsilçisi Ezopun adı ilə bağlıdır. O, dövrünün mənəvi eybəcərliklərini, ictimai ədalətsizliyi təmsil dili ilə tənqid edib. Sonralar bədii əsərlərdə fikrin işarələr və kinayələrlə dolu ifadə tərzi E.D. adlandırıldı. M.Ə.Sabirin satirik üslubda yazılmış “Çığırma, yat, ay ac toyuq”, “Nolur şirin-məzaq etsə...” kimi şeirləri E.D. ilə yazılıb. Bu əsərlərdə şair zülm və haqsızlığa qarşı nifrətini “hin”, “toyuq”, “halva” kimi sözlərdən istifadə etməklə bildirir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti