1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. □ ..Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi. (S.Rəhimov).
2. Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. □ Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək.
3. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. □ Hərbi komissarlığın əmri. İnstitut direktorunun əmri.
İş. □ Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. (M.F.Axundzadə).
Həmçinin bax: