Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əmr1 [əmr] isim ərəb

1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. ..Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi. (S.Rəhimov).
2. Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək.

3. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. Hərbi komissarlığın əmri. İnstitut direktorunun əmri.

əmr2 [əmr] isim ərəb

İş. Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. (M.F.Axundzadə).

Həmçinin bax:

frazeologizm: əmrdən çıxmaq frazeologizm: əmri aşmamaq Azərbaycan dilinin izahlı lüğəti