Hər hansı fikrin, ideyanın eyni auditoriyada dəfələrlə təkrarlanması yolu ilə populyarlaşmasına xidmət edən media texnologiyası.
Ə-S.K. ideyanın KİV-də, yaxud konkret kanalda ardıcıl, hərtərəfli müzakirəsi vasitəsilə deyil, onun müxtəlif insanlar tərəfindən davamlı olaraq dəstəklənməsi nəticəsində yaradılır. Belə qapalı sistemdə alternativ rəylərə yer yoxdur: bir fikir o qədər təkrarlanır ki, auditoriya artıq onu «danılmaz həqiqət» kimi qəbul edir və həmin fikrin reallığa nə dərəcədə uyğun gəldiyi barədə düşünmür.
Jurnalistika terminləri lüğəti