lat. titulus – bir şeyin üstündə yazı
Nəşrin əsas mətnindən öndə yerləşdirilən, onun haqqında ən mühüm məlumatları əks etdirən vərəq.
T.V.-ndə nəşrin dərc olunduğu yer və il göstərilir, onun müəllifinin (müəlliflərinin), habelə nəşriyyatın adları, müəyyən hallarda əlavə məlumatlar verilir. Kitabların, iri jurnalların, bəzən broşürlərin T.V. olur. Bu vərəq biblioqrafik təsvirin tərtib edilməsi üçün əsas mənbə sayılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti