Müəyyən ərazidə (dünya, ölkə, region və s.) yaşayan əhalinin ümumi sayının həmin ərazinin sahəsinə nisbəti.
Ə.O.S. vahid sahədə (adətən, 1 km2) yaşayan insanların orta sayı ilə ölçülür. XXI əsrin əvvəlində Yer kürəsində Ə.O.S. hər km2-ə orta hesabla 49 nəfər olub. Lakin ayrı-ayrı regionlarda relyef və iqlim xüsusiyyətlərindən, digər şərtlərdən asılı olaraq bu rəqəm dəyişir. Planetimizdə ən sıx əhali Banqladeş, Bəhreyn və Cənubi Koreyada, ən seyrək əhali isə Monqolustan, Namibiya və Avstraliyadadır.
Coğrafiya terminləri lüğəti