Bədii ədəbiyyatın yaranması, mahiyyəti və inkişaf qanunauyğunluqlarını öyrənən elm.
Ədəbiyyatşünaslıq elminin üç əsas sahəsi var: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid. Bu üç sahə bir-biri ilə sıx bağlıdır və bir-birinin nailiyyətlərindən bəhrələnir. Azərbaycanda ədəbiyyatşünaslığın bir elm kimi nümunələrinə hələ orta əsrlərdə rast gəlinir. Bu sahədə ilk əsərlər təzkirə adlanan ədəbi məcmuələrdir. Bu məcmuələrdə yazıçılar haqqında bioqrafik məlumatlar verilir, onların yaradıcılığından sitatlar gətirilir, bədii əsərlərin yaranma tarixi, süjeti və s. haqqında danışılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti