Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәzkirә

ər. zikr – yada salmaq

Orta әsrlәrdә Şәrqdә, həm­çinin Azәrbaycanda geniş yayılmış elmi-әdәbi əsər növü.

Təzkirədə bioqrafik məlumatlar vә sәnәtkarlıq mәsәlәlәri üstünlük tәşkil edir. Burada görkәmli әdәbi şәxsiyyәtlәr, hadisәlәr haqqında mәlumat vә ayrı-ayrı әsәrlәrdәn nü­mu­nәlәr verilir. Təzkirəçi ədibin doğum və vəfat yerini, tarixini göstərir, məzarını nişan verir, ədibin əsərlərini və onların qısa məzmununu şərh edir, şeirlərindən misallar gətirir. Şərq ədəbi təzkirəçiliyi yığcam və ensiklopedik xarakter daşıyıb. Türkdilli xalqlar arasında “Mәcalisün-nәfais” adlı ilk təzkirəni böyük özbәk şairi Әlişir Nәvai yazıb. Ədəbiyyatımızda Bağdad ədəbi məktəbinin təzkirəçiləri Əhdi Bağdadinin “Gülşəni-şüəra” və Şamil bəy Sadiqin “Məcməül-xəvas” təzkirələri əhəmiyyətli ədəbiyyat tarixi mənbələridir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti