yun. demos – xalq + kratos – hakimiyyət
Hakimiyyətin xalqa məxsus olduğu siyasi rejim.
Bu rejimdə hakimiyyətin yeganə legitim mənbəyi xalq hesab olunur, onun dövlət işlərinin həllində iştirak hüququ təmin edilir, eləcə də vətəndaşlara digər geniş hüquq və azadlıqlar verilir. Qanunun aliliyi, hüquq bərabərliyi, vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmək və seçilmək hüququ, şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, habelə söz, mətbuat, yığıncaq azadlıqları və s. D.-nın əsas prinsipləri sayılır.
Tarix terminləri lüğəti