Reklam
Reklam

Tarix terminləri lüğəti

legitimizm

fr. legitimus – qanuni

Fransa diplomatı Ş.Taleyranın 1814–1815-ci illər Vyana konqresində öz ölkəsinin və onun hakim sülaləsinin siyasi maraqlarını qorumaq üçün irəli sürdüyü prinsip.

L.-in əsas məqsədi Fransanın 1792-ci il yanvarın 1-nə qədər mövcud olan sərhədlərini saxlamaq və Prussiya ərazisinin genişlənməsinə yol verilməmək olub. Bu prinsipə görə, hər hansı taxt-tacla və ya ərazi ilə yalnız qanuni sahibləri formal olaraq ondan imtina etdikdən sonra sərbəst davranmaq olar. Beləliklə, L. zəbt olunmuş ərazilərin “qanuni” sahibinə qaytarılmasını nəzərdə tutub. Rusiya və Prussiyanın ilhaqçılıq planlarına zidd olduğu üçün Vyana konqresi onu rədd edib. Geniş mənada: devrilmiş monarxiyaların tərəfdarı legitimist adlandırılıb.

Tarix terminləri lüğəti