Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

iqtisadi coğrafiya

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

İctimai-iqtisadi coğrafiyada istehsalın ərazi üzrə təşkilini, ərazi-iqtisadi strukturların formalaşması xüsusiyyətlərini öyrənən elm sahələrinin məcmusu.

İ.C.-nın əsasını əməyin coğrafi bölgüsü üzrə təlim, onun əsas anlayışlarını isə istehsalın yerləşdirilməsi, iqtisadi-coğrafi mövqe, iqtisadi rayon, ərazi-istehsalat kompleksi kimi anlayışlar təşkil edir. İ.C.-da sənayenin coğrafiyası, kənd təsərrüfatının coğrafiyası, nəqliyyatın coğrafiyası, xidmət sahələrinin coğrafiyası kimi elmi istiqamətlər mövcuddur.

Coğrafiya terminləri lüğəti