Reklam
Reklam

Tarix terminləri lüğəti

bacaqlı

XVIII əsrin sonu – XIX əsrin əvvəlində Azərbaycanda işlədilən Niderland qızıl dukatlarının yerli adı.

Avstriya qızıl sikkələri, habelə Qacarlar sülaləsindən olan Fətəli şahın (1797–1834) kəsdirdiyi bəzi qızıl sikkələr də B. adlanıb. Qadınlar B.-nı sapa düzüb boyunlarından asaraq zinət əşyası kimi də istifadə ediblər.

Tarix terminləri lüğəti