Reklam
Reklam

Tarix terminləri lüğəti

dukat

it. ducato – hersoqluq

İtaliyada orta əsrlərdə dövriyyədə olmuş gümüş, sonralar isə qızıl sikkə.

İlk dəfə 1140-cı ildə Venesiyada kəsilən gümüş D. 1284-cü ildən 3,4 q ağırlığında qızıl sikkəyə çevrilib. Tezliklə o, İtaliya hüdudlarından kənara çıxıb, bir çox Avropa ölkələrində də (bəzən «tsexina» və ya «florina» adı ilə) buraxılmağa başlanıb. I Pyotra qədərki dövrdə Rusiyada D. çervon adlanıb. Azərbaycanda isə Niderland D.-larını «bacaqlı» adı ilə işlədiblər.

Tarix terminləri lüğəti