Arxeoloji dövrləşməyə görə, qədim Daş dövründə (Paleolitdə) bəşəriyyətin mədəni inkişafının ikinci (Şel mədəniyyətindən sonra) mərhələsi.
A.M.-nə aid ilk nümunələrin aşkarlandığı Fransa ərazisindəki Sent-Aşelin (fr. Saint-Acheul) adı ilə adlandırılıb. Demək olar ki, bütün Afrika ərazisində, Avropa və Asiyanın cənubunda yayılıb. A.M. 400–100 min il əvvəl mövcud olub. A.M.-nin erkən dövründə yaşamış insanların fiziki tipi pitekantrop və sinantroplara, son dövründə isə – neandertallara uyğun gəlir. Onların əsas məşguliyyəti ovçuluq və yığıcılıq olub. Arxeoloji qazıntılar zamanı aşkarlanmış ocaq yerləri bu dövrdə insanların artıq oddan istifadə etdiklərini göstərir. Azərbaycanda A.M.-nə aid ən zəngin maddi mədəniyyət nümunələri Azıx mağarasında aşkarlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti