Girişinə müəyyən məhdudiyyətlər qoyulmuş tədbirlərdə iştirak etmək, belə ərazilərə daxil olmaq üçün media nümayəndələrinə verilən icazənin şərtləri.
Bu şərtlərdə akkreditədən keçmək üçün lazım olan sənədlərin siyahısı, müraciətlərə baxılma müddəti, onlara imtina cavabının əsasları və s. öz əksini tapır. A.Q.-nın bəziləri dövlət, digərləri jurnalisti akkreditədən keçirən təşkilatlar tərəfindən müəyyənləşdirilir. Azərbaycan qanunvericiliyi media nümayəndələrindən həmin təşkilatlar haqqında həqiqətəuyğun olmayan məlumatlar yaymamağı tələb edir. Eyni zamanda Xarici İşlər Nazirliyi akkreditə etdiyi jurnalistlər qarşısında ölkənin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı fəaliyyət göstərməmək şərti qoyur və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti