- Kamil insan gözəl söz söyləyə bilən insan deyil,
söylədiyini edən və edə bildiyini
söyləyən insandır. (Konfutsi)
- Özünü tanıya bilmək müdrikliyin təməlidir. (Aristotel)
- Ağıllı insan düşündüyü hər şeyi deməz, amma dediyi hər şeyi düşünər. (Aristotel)
- Elə bir düha yoxdur ki, onda, az da olsa, dəlilik olmasın. (Aristotel)
- Ağıl yalnız biliyə sahib olmaq deyil, həm də onu tətbiq edə bilməkdir. (Aristotel)
- Ağlı başında olan hər kəs özündən daha yaxşılarının yanında olmağa can atır. (Platon)
- Hər bir suala cavab vermək olar, bir şərtlə ki, sual düzgün verilsin. (Platon)
- İnsan nə qədər ağıllı olarsa, o qədər də asanlıqla özünü axmaq kimi qəbul edər. (Albert Eynşteyn)
- Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparır. Xəyallar isə hər yerə. (Albert Eynşteyn)
- Biz cahil dediyimiz zaman məktəbdə təhsil almayan insanları nəzərdə tutmuruq.
Nəzərdə tutduqlarımız həqiqət elmini bilməyənlərdir. Yoxsa oxumuş insanlar arasından ən böyük cahillərin çıxdığı kimi, heç oxumağı bilməyənlərin arasından da həqiqət elminə agah olanlar çıxa bilir.
(Mustafa Kamal Atatürk)
- Dərisini dəyişdirə bilməyən ilan ölməyə necə məhkumdursa, fikirlərin dəyişəməsinə mane olan zehinlər də eləcə ölməyə məhkumdur. (Fridrix Nitsşe)
- Bir insanın nə qədər ağıllı olduğunu verdiyi cavablar yox, soruşduğu suallar müəyyənləşdirir. (Albert Eynşteyn)
- Ağıllı insanlar hər şeydən və hər kəsdən öyrənirlər, adi insanlar – öz təcrübələrindən. Axmaqlar isə artıq bütün sualların cavabını bilirlər. (Sokrat)
- Faydasız insanlar yalnız yemək və içmək üçün yaşayırlar; ləyaqətli insanlar isə yaşamaq üçün yeyib-içirlər. (Sokrat)
- Güclü zehinlər ideyaları müzakirə edir, orta zehinlər hadisələri, zəif zehinlər isə insanları. (Sokrat)
- Əgər bir şeyi nənənizə izah edə bilmirsinizsə, deməli, bunu özünüz də anlamırsınız. (Albert Eynşteyn)
- Bir dəfə genişlənmiş ağıl heç vaxt əvvəlki dar çərçivəsinə sığmaz. (Albert Eynşteyn)
- Təxəyyül bilikdən önəmlidir; bilik məhduddur, təxəyyülün isə sərhədi yoxdur. (Albert Eynşteyn)
- Yalnız axmağın düzənə ehtiyacı var – dahi xaosu idarə edir. (Albert Eynşteyn)
- Titul – axmaqlar üçün bəzəkdir; böyük insanlara öz adı kifayətdir. (II Fridrix)