- Vətəndaş passivliyinin cəzası — zalımların hakimiyyətidir. (Platon)
- Ölkənin pis idarə olunduğunun ən dəqiq əlaməti – orada hüquqşünasların və həkimlərin çoxluğudur. (Platon)
- Bu dünyada məni vur‐tut bir neçə nəfər anladı, onlar da yanlış anladı. (Albert Eynşteyn)
- Əgər bir insan digərlərindən çox bilirsə, o tənhalığa məhkumdur. (Karl Qustav Yunq)
- Tənhalıq ətrafınızda heç bir insanın olmaması demək deyil. İnsan özü üçün önəmli olan şeyləri başqalarına çatdıra bilməsə və ya düşüncələrinin başqaları tərəfindən qəbul edilmədiyini görərsə, özünü tək hiss edər. (Karl Qustav Yunq)
- Məni görmək üçün mütləq üzümü görməli deyilsiniz. Mənim fikirlərimi, duyğularımı başa düşür və hiss edirsinizsə, bu kifayətdir. (Mustafa Kamal Atatürk)
- Mədəni olmayan insanlar mədəni olanların ayaqları altında qalmağa məhkumdurlar. (Mustafa Kamal Atatürk)
- Bütün ümidim gəncliyədir. (Mustafa Kamal Atatürk)
- Cəmiyyətin ən böyük imtahanı – gücsüzlərə necə yanaşmasıdır. (Noam Çomski)
- İnsan hüquqları universal deyilsə, deməli, heç bir yerdə mövcud deyil. (Noam Çomski)
- Cəmiyyətdə azadlıq yalnız zəiflərin hüquqlarını qoruyanda məna qazanır. (Noam Çomski)
- Üç növ yalan var: yalan, açıq yalan və statistika. (Mark Tven)
- Mətbuatda gedən hər bir məlumat reklamdır, nekroloq istisna olmaqla. (Mark Tven)