Reklam
Reklam
  • Qarşılıqlı olmasa da, sevmək gözəldir.
  • Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir.
  • Qəlbini təmizləməmisənsə, dəstəmaz almağın faydası yoxdur.
  • Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür.
  • İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.
  • Yerdəkilərə mərhəmət edin ki, göydəki mərhəmət eləsin.
  • Səxavətli insan — uyğun insana uyğun şeyi uyğun zamanda verən şəxsdir.
  • Biriləri pulu elə yığırlar, sanki əbədi yaşayacaqlar, digərləri isə elə xərcləyirlər, elə bil bu dəqiqə öləcəklər.
  • Bütün fəlsəfə iki sözdə cəmlənir: səbir et və nəfsini saxla.
  • Xoşbəxtliyə aparan tək bir yol var - iradəmizdən asılı olmayan şeylərə görə narahat olmağı tərgitmək.
  • Ən xoş şey belə, ifrata varsan, ən xoşagəlməz bir şeyə çevrilə bilər.
  • Yüksək mənəvi keyfiyyətlərə görə sevən insan ömrü boyu sadiq qalır, çünki o, dəyişməyən bir dəyərə bağlanır.
  • Sevgi seviləndə deyil, sevəndədir.
  • Biri tərəfindən dərindən sevilmək sənə güc, birini dərindən sevmək isə cəsarət verir.
  • Mən qaradərili insanın tərəfində deyiləm, mən ağdərili insanın da tərəfində deyiləm. Mən tanrının tərəfindəyəm.
  • Türklər əsirliyi qəbul etməyən bir millətdir.
  • Əgər məsələ vətəndirsə, yerdə qalanlar sadəcə təfərrüatdır.
  • Qürurla yaşamaq mümkün olmadıqda onunla ölməyi bacarmalısınız.
  • Qiyməti olan hər şeyin dəyəri azdır.
  • Haqsızlığa uğramaq, haqsızlıq törətməkdən daha yaxşıdır.