Reklam
Reklam
  • Əsl qul odur ki özünə sahib çıxmağı bacarmır.
  • Müdriklər susanda axmaqlar çoxalır.
  • Düşünmək çətin olduğu üçün insanlar mühakimə etməyi seçirlər.
  • Vaxtı insan özü idarə edir; “vaxtım yoxdur” demək “istəmirəm” deməkdir.
  • Dilini tərbiyə etməzdən əvvəl ürəyini tərbiyə et. Çünki söz ürəkdən gəlib, dildən çıxır.
  • Bir insanın necə güldüyünə görə tərbiyəsini, nəyə güldüyünə görə təfəkkür səviyyəsini başa düşə bilərsiniz.
  • Eyni dili danışanlar yox, yalnız eyni hissləri paylaşanlar bir-birini anlaya bilər.
  • Demək olar ki, yaşadığımız bütün kədərlər başqa insanlarla qurduğumuz münasibətlərə əsaslanır.
  • Tənhalığımı itirməyimə səbəb olub mənə həqiqi bir dostluq verə bilməyən insanlara nifrət edirəm.
  • Dost olmağa tələsməyin; lakin dostluq qurduqdan sonra möhkəm və dəyişməz olun.
  • Bütün insanlar yalan söyləyir, amma bu, qorxulu deyil, çünki heç kəs bir-birini eşitmir.
  • Ziyalı hərdən içib keflənməlidir ki, axmaqların söhbətlərinə tab gətirə bilsin.
  • İntizam – çox istədiyin məqsədə nail olmaq üçün heç istəmədiyin işlərlə məşğul olmaqdır.
  • Dil elə bir alətdir ki, daim istifadə olunduqca daha da itilənir.
  • Qəzəblə başlayan utancla bitər.
  • Özünü silkələməyin ən yaxşı yolu başqasını silkələməkdir.
  • Bağışlama – bir bənövşənin onu tapdalayana bəxş etdiyi ətirdir.
  • Yaxşı nümunə bizi hər şeydən çox əsəbiləşdirir.
  • Həyat yoldaşımla sözümüz çəp düşəndə, biz adətən onun istədiyini edirik. Yoldaşım bunu kompromis adlandırır.
  • Xeyirxahlıq karın eşidə, korun görə biləcəyi bir şeydir.