Reklam
Reklam
  • Ən qaranlıq dəqiqələrimizdə qarşımıza çıxacaq işıq üçün diqqətimizi toplamalıyıq.
  • Çətinliklər insana özünü tanımaq imkanı verir.
  • İldırım çaxanadək səs çıxarmaz.
  • Uça bilmirsənsə, qaç. Qaça bilmirsənsə, yeri. Yeriyə bilmirsənsə, sürün. Nə edirsən et, amma irəli get.
  • Unutmayın ki, hər şey itirildikdə belə, ümid çox güclü silahdır.
  • Böyük bir təpəyə dırmaşdıqdan sonra dırmaşacağınız daha çox təpə olduğunu görürsünüz.
  • Qalib heç vaxt təslim olmayan bir xəyalpərəstdir.
  • Məni uğurlarıma görə dəyərləndirmə, neçə dəfə yıxılıb yenidən ayağa qalxmağıma görə dəyərləndir.
  • Min kilometrlik yol belə bircə addımla başlayır.
  • Bir tərəfdən qorxun, digər tərəfdən ümidin olarsa, iki qanadlı olarsan. Onsuz da, tək qanadla uçmaq mümkün deyil.
  • Hər çətinliyin sonunda doğan bir işıq vardır; əgər tikan əlinizi yaralayıbsa, deməli, gülə toxunmağınıza çox az qalıb.
  • Ölümsüzlük qazanmaq üçün çox mübarizə aparmalısınız: insan yaşadığı müddət ərzində bir neçə dəfə ölməyi bacarmalıdır.
  • Böyük işlər görmək çətindir, amma böyük işlərə rəhbərlik etmək daha çətindir.
  • Əldə etdiyinə qane ol, amma daha yaxşısına can at.
  • Görünmək istədiyin kimi ol.
  • İstəyən çıxış yolu axtarır, istəməyən isə səbəb.
  • Dünyanı tərpətmək istəyən əvvəlcə özü hərəkət etməlidir.
  • Əməyinin nəticəsini dərhal görmək istəyən adam ayaqqabı ustası olmalıdır.
  • Sən problemi heç zaman həll edə bilməyəcəksən, əgər həmin problemi yaradanlar kimi düşünürsənsə.