- Məni bir mən bilərəm, bir də Yaradan.
Mənə bir mən lazımam, bir də Anlayan... (Mövlana Cəlaləddin Rumi)
- Din dövlət və cəmiyyət üçün yox,
insanlar üçündür. (Əbu Turxan)
- İnsanı yaratmaqmı Tanrının xətasıydı, yoxsa Tanrını yaratmaqmı insanın xətasıydı? (Fridrix Nitsşe)
- Mən Tanrının olduğuna inanmıram. Mən Tanrının olduğunu bilirəm. (Karl Qustav Yunq)
- Çağırılsa da, çağırılmasa da, Tanrı həmişə ordadır. (Karl Qustav Yunq)
- Tanrı təsadüflər vasitəsilə anonimliyini qoruyur. (Albert Eynşteyn)
- Kütlə dini həqiqət kimi qəbul edir, müdrik onu yalan hesab edir, iqtidar isə faydalı kəşf olduğunu düşünür. (Seneka)
- Mən ixtiraçı deyiləm, Allahın yaratdığı möcüzənin təsadüfi şahidiyəm. (Aleksandr Fleminq)
- Allah meymundan məyus oldu və insanı yaratdı. Bundan sonra o, eksperimentlərdən vaz keçdi. (Mark Tven)