- Yadlar doğmalaşanda, doğmalar yadlaşır. (Əbu Turxan)
- Gözləyə bilənə hər şey öz vaxtında gəlir. (Onore de Balzak)
- Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar. (Mövlana Cəlaləddin Rumi)
- Yalançının cəzası insanların
ona inanmaması deyil, onun heç kimə
inanmamasıdır. (Bernard Şou)
- Şöhrətpərəstlik insanı
boşboğaz, qürur isə dinməz edir. (Artur Şopenhauer)
- Arslanların saymazlığı
şikarı tülkülərə qapdırar. (Hüseyn Cavid)
- Özün kimi ol: onda səni
istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq. (Əbu Turxan)
- Ya olduğun kimi görün, ya da göründüyün kimi ol! (Mövlana Cəlaləddin Rumi)
- Pis fikirlərin
olmasa, pis əməllərin də olmaz. (Konfutsi)
- Ağıllı öz uğursuzluqlarının
səbəbini özündə, nadan isə başqalarında axtarır. (Konfutsi)
- Ən böyük bədbəxtlik
hər şeydən narazı olmaqdır. (Lao Tszı)
- Göydə quş kimi uçmağı, suda balıq
kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi
yaşamağı öyrənmək. (Bernard Şou)
- Hamı üçün açıq olan qəlbdə darısqallıq olar. (Əbu Turxan)
- Sıfıra bənzər insanlar vardır. Onlar hər
zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. (Onore de Balzak)
- İnsandan insana fərq var: bir dəmirdən
həm nal, həm də qılınc düzəldirlər. (Nizami Gəncəvi)
- Ən təhlükəli insan tipi az anlayan, çox inanandır. (Anton Çexov)
- Mən heç vaxt əqidəyə görə özümü qurban vermərəm. Çünki əqidəm yanlış ola bilər. (Bertran Rassel)
- Yaxşı müşahidə qabiliyyəti olmayan yaxşı bir lider ola bilməz. (Aristotel)
- Tənqidə məruz qalmamağın yeganə bir yolu var: heç nə eləmə, heç nə demə. (Aristotel)
- Hamının haqsız olması sənin haqlı olmağına dəlalət etmir. (Aristotel)