- Hər birimizin daxilində tanımadığımız başqa birisi var. (Karl Qustav Yunq)
- Əgər bir insan digərlərindən çox bilirsə, o tənhalığa məhkumdur. (Karl Qustav Yunq)
- Dünya səndən kim olduğunu soruşacaq və əgər sən bunu bilmirsənsə, o özü sənə deyəcək. (Karl Qustav Yunq)
- Nə qədər ki olanları qəbul etmirik, heç nəyi dəyişdirə bilmərik. (Karl Qustav Yunq)
- Düşünmək çətin olduğu üçün insanlar mühakimə etməyi seçirlər. (Karl Qustav Yunq)
- Tənhalıq ətrafınızda heç bir insanın olmaması demək deyil. İnsan özü üçün önəmli olan şeyləri başqalarına çatdıra bilməsə və ya düşüncələrinin başqaları tərəfindən qəbul edilmədiyini görərsə, özünü tək hiss edər. (Karl Qustav Yunq)
- Biri tərəfindən dərindən sevilmək sənə güc, birini dərindən sevmək isə cəsarət verir. (Lao Tszı)
- Min kilometrlik yol belə bircə addımla başlayır. (Lao Tszı)
- Qanunlar artdıqca cinayətkarların sayı da artır. (Lao Tszı)
- Əgər sadəcə özünüz olaraq qalsanız, başqaları ilə müqayisə və rəqabət etməsəniz, hər kəs sizə hörmət edəcək. (Lao Tszı)
- Daim başqalarının nə düşündüyünə diqqət yetirsən, onların daimi əsirinə çevrilmiş olarsan. (Lao Tszı)
- Yaxşı döyüşçü heç vaxt qəzəblənməz. (Lao Tszı)
- Gözləntiniz olmadan hərəkət edin. (Lao Tszı)
- Vaxtı insan özü idarə edir; “vaxtım yoxdur” demək “istəmirəm” deməkdir. (Lao Tszı)
- Barmağınızla kimi isə işarə etməzdən əvvəl əllərinizin təmiz olduğuna əmin olmalısınız. (Bob Marli)
- Mən qaradərili insanın tərəfində deyiləm, mən ağdərili insanın da tərəfində deyiləm. Mən tanrının tərəfindəyəm. (Bob Marli)
- Özünü mühakimə edə bilmirsənsə, başqalarını mühakimə etmə. (Bob Marli)
- Bir qapı bağlı olanda bilmirsənmi ki, çoxları açıqdır? (Bob Marli)
- Yaşadığın həyatı sev, sevdiyin həyatı yaşa. (Bob Marli)
- Bəzi insanlar yağışı hiss edərlər, bəziləri isə sadəcə islanar. (Bob Marli)