Reklam
Reklam
  • Özünü tanıya bilmək müdrikliyin təməlidir.
  • Tənqidə məruz qalmamağın yeganə bir yolu var: heç nə eləmə, heç nə demə.
  • Müharibəni qazanmaq kifayət deyil, sülhü təmin etmək daha mühümdür.
  • Hamının haqsız olması sənin haqlı olmağına dəlalət etmir.
  • Ağıllı insan düşündüyü hər şeyi deməz, amma dediyi hər şeyi düşünər.
  • Səxavətli insan — uyğun insana uyğun şeyi uyğun zamanda verən şəxsdir.
  • Biriləri pulu elə yığırlar, sanki əbədi yaşayacaqlar, digərləri isə elə xərcləyirlər, elə bil bu dəqiqə öləcəklər.
  • Nitqin əsas üstünlüyü aydınlıqdır.
  • Eqoizm özünü sevməkdə deyil, bu sevginin həddən artıq olmasındadır.
  • Təhsilin kökü acı, meyvəsi isə şirindir.
  • Elə bir düha yoxdur ki, onda, az da olsa, dəlilik olmasın.
  • Ağıl yalnız biliyə sahib olmaq deyil, həm də onu tətbiq edə bilməkdir.
  • İnsan iki il danışmağı öyrənir, həyatının qalan hissəsini isə – susmağı.
  • İşləyirik ki, asudə vaxtımız olsun, savaşırıq ki, əmin-amanlıqda yaşayaq.
  • Xoşbəxt insan – əlindəkilərlə qane olmağı bacarandır.
  • İnsan harada müqavimət göstərərək yaşayırsa, onun həbsxanası da oradır.
  • Öz üzərində hakimiyyətin olmadan azadlıq əldə etmək mümkün deyil.
  • Bütün fəlsəfə iki sözdə cəmlənir: səbir et və nəfsini saxla.
  • İnsanlara əzab verən problemlər deyil, onlar barədə təsəvvürləridir.
  • Çətinliklər insana özünü tanımaq imkanı verir.