Reklam
Reklam
  • Bir ac iti yedizdirib sığallasan, o səni dişləməz; onun insanlardan əsas fərqi də budur.
  • Təskinlik verməyi o kəs yaxşı bacarır ki, özünün dərdi başından aşır.
  • Bəziləri həqiqəti elə təqdim edir ki, elə bil çirkli dəsmalı qulluqçunun sifətinə çırpır, amma onu elə təqdim etmək lazımdır ki, sanki bir centlmen xanıma palto uzadır.
  • Pula ehtiyacın varsa, yad yanına get; məsləhətə ehtiyacın varsa, dost yanına get; heç bir şeyə ehtiyacın yoxdursa, o zaman qohum yanına get.
  • Susaraq axmaq kimi görsənmək daha yaxşıdır, nəinki danışaraq bu haqda şubhələri dağıtmaq.
  • Allah meymundan məyus oldu və insanı yaratdı. Bundan sonra o, eksperimentlərdən vaz keçdi.
  • Belə bir kəlam var: «Uşaqlar və axmaqlar həmişə həqiqəti söyləyirlər”. Deməli, yaşlı və müdrik insanlar heç vaxt həqiqəti demirlər.
  • Düşündüklərini cəsarətlə söyləyən insalar bizim xoşumuza gəlir, bir şərtlə ki, onlar bizim kimi düşünsünlər.
  • İnsan beyni möhtəşəmdir; sən ayağa durub nitqə başlayana qədər o, əla işləyir.