- Çökən bir millət uçurumun tam
dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. (Əbu Turxan)
- Siyasət rol oynarkən, ədəbiyyat susur. (Hüseyn Cavid)
- Yadlar doğmalaşanda, doğmalar yadlaşır. (Əbu Turxan)
- Qarşılıqlı olmasa da, sevmək gözəldir. (Onore de Balzak)
- Unutmaq mümkün
olmasaydı, həyat işgəncəyə çevrilərdi. (Konfutsi)
- Ölmədən öncə ölmək lazımdır. (Hz. Məhəmməd)
- Yaxındakı köz
uzaqdakı Günəşdən daha betər yandıra bilər. (Əbu Turxan)
- Gözləyə bilənə hər şey öz vaxtında gəlir. (Onore de Balzak)
- Dünya onu anlayanlarındır. (Əbu Turxan)
- Qaranlıq gecələr olmasaydı,
gözləri oxşayan ulduzlar bunca sevilməzdi. (Hüseyn Cavid)
- Bulud ağlamasa, çəmən gülməz. (Nizami Gəncəvi)
- Məni bir mən bilərəm, bir də Yaradan.
Mənə bir mən lazımam, bir də Anlayan... (Mövlana Cəlaləddin Rumi)
- Din dövlət və cəmiyyət üçün yox,
insanlar üçündür. (Əbu Turxan)
- Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar. (Mövlana Cəlaləddin Rumi)
- Ən böyük zəfər məğlub
etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. (Əbu Turxan)
- Qəlbini təmizləməmisənsə,
dəstəmaz almağın faydası yoxdur. (Mövlana Cəlaləddin Rumi)
- Yalançının cəzası insanların
ona inanmaması deyil, onun heç kimə
inanmamasıdır. (Bernard Şou)
- Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür. (Martin Lüter Kinq)
- Dünyada elə ac insanlar var ki,
Tanrı onlara ancaq çörək formasında görünə bilir. (Çarlz Dikkens)
- Şöhrətpərəstlik insanı
boşboğaz, qürur isə dinməz edir. (Artur Şopenhauer)