Reklam
Reklam
  • İnsan dəniz olmalıdır ki, çirkli su ona qarışsın, amma özü təmiz qalmağı bacarsın.
  • Yaşamaq üçün “niyə?”si olan insan bütün “necə?”lərə dözə bilər.
  • Qiyməti olan hər şeyin dəyəri azdır.
  • Əslində, ümid çox pis şeydir, çünki, sadəcə, insanın əzablı həyat müddətini uzadır.
  • Məqsədini unutmaq axmaqlığın ən geniş yayılmış formasıdır.
  • Mütləq həqiqətlər olmadığı kimi, əbədi faktlar da yoxdur.
  • Tənhalığımı itirməyimə səbəb olub mənə həqiqi bir dostluq verə bilməyən insanlara nifrət edirəm.
  • Asan bir həyat yaşamaq istəyirsinizsə, daim bir sürünün içində qalın və orada özünüzü itirin.
  • Yaratmaq – əzablardan qurtulmağın ən yaxşı yoludur.
  • Bu dünyada iki fərqli insan tipi vardır: bilmək istəyənlər və inanmaq istəyənlər.
  • Çox zaman deyilən bir fikri sadəcə deyim tonu xoşumuza gəlmədiyi üçün qəbul etmirik.
  • Yaşamaq istədiyimiz üçün yox, sevməyə vərdiş olduğumuz üçün həyatı sevirik.
  • Əgər siz uçuruma baxırsınızsa, uçurum da sizə baxacaq.
  • Bəzən insanın özü haqqında çox danışması özünü gizlətməsi üçün bir vasitə ola bilər.
  • Həyatda qalmaq əzab çəkməkdir, yaşamaq isə – həmin əzabda bir məna tapmaq.
  • Bəzən insanlar qurduqları xəyallar məhv olmasın deyə həqiqəti eşitmək istəmirlər.
  • Bizi öldürməyən şey, gücləndirir.
  • Bir insanın nə qədər ağıllı olduğunu verdiyi cavablar yox, soruşduğu suallar müəyyənləşdirir.
  • Biliyi sərvətdən üstün tutun, çünki o, əbədi, sərvət isə keçicidir.
  • Haqsızlığa uğramaq, haqsızlıq törətməkdən daha yaxşıdır.