Reklam
Reklam
  • Arslanların saymazlığı şikarı tülkülərə qapdırar.
  • Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.
  • Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!
  • İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.
  • Pis fikirlərin olmasa, pis əməllərin də olmaz.
  • Yerdəkilərə mərhəmət edin ki, göydəki mərhəmət eləsin.
  • Bu dünyada xoş şeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır.
  • Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.
  • Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır.
  • Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənmək.
  • Hamı üçün açıq olan qəlbdə darısqallıq olar.
  • Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar.
  • İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər.
  • Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır.
  • İnsanı yaratmaqmı Tanrının xətasıydı, yoxsa Tanrını yaratmaqmı insanın xətasıydı?
  • Ən təhlükəli insan tipi az anlayan, çox inanandır.
  • Sevən insanların bir-birindən ayrılmasında qravitasiyanın heç bir günahı yoxdur.
  • Mən heç vaxt əqidəyə görə özümü qurban vermərəm. Çünki əqidəm yanlış ola bilər.
  • Ən qaranlıq dəqiqələrimizdə qarşımıza çıxacaq işıq üçün diqqətimizi toplamalıyıq.
  • Yaxşı müşahidə qabiliyyəti olmayan yaxşı bir lider ola bilməz.