Reklam
Reklam
  • Özünü silkələməyin ən yaxşı yolu başqasını silkələməkdir.
  • Həqiqət uydurmadan daha inanılmazdır, çünki uydurma inandırıcı olmaq zorundadır, amma həqiqət – yox.
  • Bağışlama – bir bənövşənin onu tapdalayana bəxş etdiyi ətirdir.
  • Mətbuatda gedən hər bir məlumat reklamdır, nekroloq istisna olmaqla.
  • Yaxşı kitablar oxumayan insanın oxuya bilməyən qarşısında heç bir üstünlüyü yoxdur.
  • Yaxşı nümunə bizi hər şeydən çox əsəbiləşdirir.
  • Bəxt həyatda bir dəfə insanın qapısını tıqqıldadır, amma həmin an insan evin yaxınlığındakı pivəxanada oturduğuna görə bu tıqqıltını eşitmir.
  • Yaxşı dostlar, maraqlı kitablar və yatmış vicdan – ideal həyat bax budur.
  • Həyat yoldaşımla sözümüz çəp düşəndə, biz adətən onun istədiyini edirik. Yoldaşım bunu kompromis adlandırır.
  • Məndə o improvizasiyalar yaxşı alınır ki, onlara üç gün hazırlaşıram.
  • Hara getdiyini bilməyən adam getdiyi yerə düşəndə çox təəccüblənir.
  • Ölüm ayağında peşman olacağımız iki şey var – yetərincə sevməməyimiz və yetərincə səyahət etməməyimiz.
  • Xeyirxahlıq karın eşidə, korun görə biləcəyi bir şeydir.
  • Siqaret çəkməyi atmaqdan asan heç bir şey yoxdur. Mən özüm bunu yüz dəfə eləmişəm.
  • İnsan qızara bilən yeganə heyvandır. Digər tərəfdən, qızarmalı olan da elə insandır.
  • 14 yaşım olanda, atamın ağılsızlığına zorla dözürdüm; 21 yaşıma çatdıqda isə bu qocanın son 7 ildə nə qədər ağıllandığına məəttəl qaldım.
  • Klassika hər kəsin oxumağı lazım bildiyi, amma heç kimin oxumadığı şeydir.
  • Elə rəqs et, sanki sənə heç kim baxmır. Mahnını elə oxu, sanki səni heç kim eşitmir. Elə sev, sanki sənə heç vaxt xəyanət etməyiblər. Və elə yaşa, sanki bu dünya bir cənnətdir.
  • Həmişə yaxşı olmaq adamı elə yorur ki.
  • Heç vaxt axmaqlarla mübahisə etməyin. Onların səviyyəsinə enməli olacaqsınız, həmin səviyyədə isə onlar sizdən təcrübəlidirlər.