Reklam
Reklam

Tarix terminləri lüğəti

vəzir

ər. – köməkçi

Bir çox müsəlman dövlətində nazirlərin, ali əyanların titulu və vəzifəsi.

Onun Sasanilər dönəmində yarandığı ehtimal olunur. Xilafət dövründə V. əvvəllər xəlifənin dəftərxanasını idarə edib, sonralar isə dövlət şurasının rəhbərinə çevrilib. Xilafətin süqutundan sonra da bütün müsəlman dövlətlərində V. vəzifəsi olub. V. inzibati-maliyyə işlərinə başçılıq edib, bəzən hərbi və maliyyə məsələləri də onun səlahiyyətində olub. Osmanlı imperiyasında bir çox saray əyanlarına və əyalət canişinlərinə belə titul verilib. Onların arasında baş V.-in (vəziri-əzəm, sədr-əzəm) hökumətə rəhbərlik etməklə yanaşı, sultanın adından fərmanlar vermək və sülh müqavilələri imzalamaq hüququ olub. 1922-ci ildə Türkiyədə sultanlığın ləğvindən sonra həmin vəzifə də aradan qaldırılıb. Səfəvilər və Qacarlar dövlətində isə baş V. etimad-üd-dövlə adlanıb. XIX əsrin əvvəllərinədək Azərbaycanda ayrı-ayrı feodal dövlətlərində də V. vəzifəsi mövcud olub. Müasir dövrdə V. məfhumu “nazir” sözü ilə əvəzlənib.

Həmçinin bax:

Tarix terminləri lüğəti