lat. temperatura – normal vəziyyət + lat. inversio – çevrilmə, dəyişmə
Atmosferin bəzi təbəqələrində yüksəklik artdıqca havanın temperaturunun yüksəlməsi.
T.İ. Yerə yaxın atmosfer təbəqəsində və sərbəst atmosferdə müşahidə edilir, inversiya qatının qalınlığı, həmçinin bu qatda baş verən temperatur sıçrayışı ilə xarakterizə olunur. Yerə yaxın təbəqədə T.İ. qatının qalınlığı onlarca, bəzən yüzlərcə (məs.: Antarktidada) metrə çatır. Temperatur sıçrayışı 15-20°C-yədək olur və əsasən, radiasiya səbəbindən yaranır. T.İ. termodinamik proseslər nəticəsində stratosferdə, termosferdə və ekzosferdə də baş verir, atmosferdə istilik və rütubət mübadiləsində əhəmiyyətli rol oynayır.
Coğrafiya terminləri lüğəti