lat. inversio – əks paylanma, çevirmə
Təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlara zidd olaraq əks istiqamətdə inkişaf etməsi və/və ya yayılması.
Məsələn, yüksəkliyə qalxdıqca temperaturun azalmaq əvəzinə artması İ. hadisəsidir. İ. termini fiziki coğrafiya ilə yanaşı, biologiya, meteorologiya, riyaziyyat, kimya, məntiq, psixologiya elmlərində, ədəbiyyatda da fərqli anlamlarda işlədilir.
Coğrafiya terminləri lüğəti