Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

subekvatorial qurşaqlar

lat. sub – alt, yan + lat. aequator – bərabərləşdirici, tarazlaşdırıcı

Ekvatorial qurşaqla Şimal yarımkürəsində təxminən 20° şm.e., Cənub yarımkürəsində 20° c.e. arasında qalan iki coğrafi qurşaq.

Cənubi və Cənub-Şərqi Asiyada S.Q. zolağı 30° şm.e.-nə qədər genişlənir. Bu qurşaqlarda Şimali Amerikanın ucqar cənub sahəsi, Cənubi Amerikanın Braziliya yaylası da daxil olmaqla böyük şimal hissələri, Cənubi və Cənub-Şərqi Asiyanın, Afrikanın geniş əraziləri, Avstraliyanın şimal rayonları və bir çox okean adaları yerləşir. S.Q.-ın iqlimi ekvatorialtropik iqlim formaları arasında keçid təşkil edir, burada tropik meşələrsavannalar geniş yayılıb.

Coğrafiya terminləri lüğəti