isp. sabana – ağacsız sahə
Tropik və subtropik enliklərdə meşələrlə səhralar arasında tək-tək, yaxud kiçik qruplarla ağac bitən otluq və kolluq sahə, təbii zona.
S.-lar Afrika, Avstraliya, Cənubi Amerika və Cənubi Asiyada geniş sahələr tutur. Cənubi Amerikada onlar lyanos, kampos adlanır, Afrikada qitənin ümumi sahəsinin 40%-ni təşkil edir. Burada otların hündürlüyü 3 m-ə, ağacların hündürlüyü 15 m-ə çatır. Ağaclardan baobab və akasiya, heyvanlardan antilop, zürafə, fil, zebu, aslan və hippopotamlar Afrika S. üçün xarakterikdir.
Coğrafiya terminləri lüğəti