Reklam
Reklam

Tarix terminləri lüğəti

skiflər

yun. Skythai

E.ə. VII – eramızın III əsrlərində Qara dənizin şimal sahillərində və ona qonşu ərazilərdə məskunlaşmış tayfaların ümumi adı.

S. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Bəzi mülahizələrə görə, bu etnonim german dillərində “oxatan” mənasını verən “skut” sözündən yaranıb. S. əkinçilik, maldarlıq, metal emalı, sənətkarlıq və ticarətlə məşğul olublar. E.ə. VII əsrin 70-ci illərində onlar Dərbənd keçidi vasitəsilə Kiçik Asiyaya yürüş ediblər və Midiyanı, Suriyanı, Fələstini ələ keçiriblər. 28 il müddətində Ön Asiyada hökmranlıq edən S. yalnız e.ə. VI əsrin əvvəlində midiyalılar tərəfindən oradan qovulublar.  E.ə. IV əsrdə S. Qara dənizin şimal sahillərində öz dövlətlərinin əsasını qoyublar. Skif dövləti III əsrin II yarısında qotlar tərəfindən darmadağın edildikdən sonra onlar digər xalqlarla qaynayıb-qarışıblar. Skif mədəniyyəti, xüsusilə metalişləmə sənəti yüksək inkişaf səviyyəsi ilə seçilir. Terminin etimologiyası kimi S.-in etnik mənşəyi də mübahisəli olaraq qalır. Bəzi tədqiqatçılar S.-in türk, digərləri isə İran mənşəli olduğunu göstərirlər. Çox güman ki, S. müxtəlif mənşəyə və etnik mənsubiyyətə malik tayfaların toplumu olub.

Tarix terminləri lüğəti