Reklam
Reklam

Tarix terminləri lüğəti

midiyalılar

Tarixi Azərbaycanın, Şimali İranın və indiki Türkiyənin cənub-şərqini əhatə edən Midiya vilayətinin əhalisi.

M. bəşər tarixində ilk imperiyalardan olan Midiya dövlətini (e.ə. 670 – e.ə. 550) yaradıblar. Onlar haqqında ilk məlumatlara e.ə. IX əsrin II yarısına aid Assur qaynaqlarında rast gəlinir. M.-ın elə həmin dövrdə Orta Asiyadan (bəzi qaynaqlarda – Şimali Qafqazdan) Midiya ərazisinə köç etdikləri güman olunur. Bu əhalinin dili və etnik mənşəyi barədə mübahisələr hələ də səngimir. Bəzi tədqiqatçılar M.-ın irandilli, digərləri isə türkdilli olduqlarını göstərirlər. Lakin elm həmin ehtimallardan hər hansını sübut edəcək tarixi faktlara malik deyil, çünki indiyədək M.-ın dilində heç bir mətn aşkarlanmayıb. Buna baxmayaraq, M.-ın qədim dünya tarixindəki mühüm rolu tədqiqatçılar tərəfindən birmənalı şəkildə qəbul olunur. M.-ın bir qismi sonralar Atropatenanın avtoxton tayfaları ilə qaynayıb-qarışaraq azərbaycanlıların etnogenezində iştirak edib.

Tarix terminləri lüğəti