Reklam
Reklam

Tarix terminləri lüğəti

prefektura

lat. praefectura < praefectus < praeficio – başçı təyin edirəm

1. Qədim Romada respublika dövründə (e.ə. 509–27-ci illər) özünüidarə hüququndan məhrum edilmiş, Roma prefektinin nəzarəti altında olan munisipiyalar (şəhərlər).

2. Roma imperiyasında imperator I Böyük Konstantinin (306–337) dövründən inzibati-ərazi vahidi.

İmperiyanın bütün ərazisi dörd P.-ya bölünüb: Şərq, İlliriya, İtaliya və Qalliya. P.-lara prefekt və ya pretorlar başçılıq edib.

3. Yaponiyada əsas inzibati-ərazi vahidi.

Tarix terminləri lüğəti