lat. praefectus < praeficio – başçı təyin edirəm
1. Qədim Romada prefekturaya başçılıq edən vəzifəli şəxs.
Qədim Romada dövlət xadimi Oktavian Avqustun (e.ə. I əsrin sonu) dövründən Misiri, sonralar isə bütün əyalətləri idarə etmək üçün P.-lər təyin olunub.
2. Fransada mərkəzi hökumətin nümayəndəsi kimi departamentlərə başçılıq edən şəxs.
P. prezident tərəfindən təyin olunur.
Tarix terminləri lüğəti