lat. praetor < praeitor – irəlidə gedən, başçılıq edən
Qədim Romada yüksək dövlət vəzifəsi.
Erkən respublika dövründə (e.ə. 509–27-ci illər) Romada əvvəlcə ali vəzifə sahiblərinə – konsul və diktatorlara P. deyiblər. Lakin e.ə. 367–366-cı illərdə konsulun köməkçisi vəzifəsi təsis edilib və bu vəzifəni tutan şəxs P. adlanıb. P. məhkəmə proseslərinə rəhbərlik etməklə bərabər, konsul olmadıqda onu əvəzləyib. Provinsiyalar yaradıldıqda onlara rəhbərlik də həmin şəxslərə tapşırılıb. İmperiya dövründə isə (e.ə. 27 – bizim eranın 476-cı illəri) Romada asayişi qorumaq üçün təyin olunan məmurlar, eləcə də şəhərlərdə ali vəzifəli şəxslər P. adlanıb.
Tarix terminləri lüğəti