lat. plebeii < plebs – sadə xalq
Qədim Romada azad əhalinin aşağı təbəqəsi.
E.ə. III əsrin əvvəlinədək Roma icmasından kənarda qalan P. bir çox hüquqlardan, habelə icma torpaqlarından istifadə etmək imkanından məhrum olublar. Yalnız patrisilərə qarşı ikiəsrlik mübarizə (e.ə. V-III əsrlər) nəticəsində P.-lər Roma xalqının (Populus Romanus Quiritium) tərkibinə daxil olaraq patrisilərlə eyni vətəndaşlıq və siyasi hüquqlar əldə edə biliblər. Bununla da onlar yüksək dövlət vəzifələrini – magistraturaları tutmaq imkanı qazanıblar. P.-in varlı təbəqəsi patrisilərlə birləşib nobilitet təşkil edib.
Həmçinin bax:
Tarix terminləri lüğəti