Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

oda

yun. ode – mahnı ifası

Müəyyən şəxsə, qəhrəmana və ya mühüm hadisəyə həsr olunmuş təntənəli şeir, mahnı.

Qədim Yunanıstanda “O.” konkret bir janrı nəzərdə tutmurdu; sadəcə, “şeir”, “mahnı” anlamına gəlirdi. Orta əsrlər Avropa ədəbiyyatında O. artıq indiki anlamda işlənməyə başladı; yüksək pafoslu şeirlər bu terminlə adlandırılırdı. Klassisizm dövründə yüksək lirikanın əsas kanonik janrı kimi Qərbi Avropada geniş yayılıb. Rus poeziyasında M.V.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, A.S.Puşkin və başqaları vətəndaşlıq ruhlu O.-lar yazıblar. Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatında qəsidə janrı mövzu və pafos baxımından O.-ya yaxındır. Azərbaycan bəstəkarlarından C.Cahangirov, R.Mustafayev, E.Sabitoğlu və başqalarının O.-ları vardır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti