yun. morphe – forma + yun. structura – quruluş
Materik səthinin və okean dibi relyefinin iri, endogen mənşəli geoloji strukturlara uyğun gələn elementləri.
M.-a aiddir: materiklərin platforma sahələrində – sinekliz, antekliz, qrabenlər; geosinklinal sahələrdə – antiklinal, sinklinallar; okean dibi sahələrində – sualtı vulkan konusları, sıra dağlar, okean çökəklikləri. M. terminini 1946-cı ildə rus akademiki İnnokenti Gerasimov elmə daxil edib.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti