Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qraben

alm. graben – xəndək, çökək

Yer qabığının sınıb çökmüş və faylarla əhatə olunmuş sahəsi.

Sadə Q. iki fayla, mürəkkəb Q. isə bütöv sınma sistemi ilə əhatə olunur. Baykal gölünün, Qırmızı və Ölü dənizlərin, Tanqanika və Nyasa göllərinin çökəklikləri Q. tiplidir.

Coğrafiya terminləri lüğəti