Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

miniatür

fr. miniature – miniatür > lat. minium – əlyazma kitabların tərtibatında istifadə olunan qırmızı rəng

1. Qәdim әlyazma kitablarda mәtnə çəkilmiş kiçik, rәngli illüstrasiyalar.

Orta əsrlərdə M. sənəti Şərq ölkələrində (Çin, Yaponiya, Hindistan, İran, Azərbaycan və s.) geniş yayılmışdı. Azərbaycanda ilk M. nümunələri XIII əsrin sonu – XIV əsrin əvvəllərində Marağa və Təbrizdə yaradılıb. Azərbaycan M. sənətinin ən məşhur nümayəndəsi Sultan Məhəmməd (XVI əsr) olub. Onun Firdovsinin “Şahnamə”sinə, Hafizin “Divan”ına, Nizaminin “Xəmsə”sinə çəkdiyi M.-lər dünyanın məşhur muzey və kitabxanalarında saxlanılır.

2. Ədəbiyyat, teatr, musiqi və incəsənətin bir çox növlərində kiçikhəcmli əsər.

Bu mənada M.-ü bəzən janr da adlandırırlar. Lakin nəzərə almaq lazımdır ki, bu söz incəsənətdə, sadəcə, “kiçik” sözünün sinonimi kimi işlənir və müxtəlif janrlarda yaradılmış əsər M. adlandırıla bilər. Məsələn, ədəbiyyatda kiçik hekayə, esse və ya şeir, təsviri incəsənətdə kiçikhəcmli portret, peyzaj və ya natürmort.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti