Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədiilik

Bədii əsərlərdə estetik məziyyətin yüksək təzahürü, sənətdə gözəllik, incəlik, obrazlılıq.

Bədiilik əsərin məzmun və formasının ahəngdar vəhdətindən doğur. Bədii təsvir və ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil edilməsi, əsərin kamil bədii dildə olması bədiiliyi yaradan amillərdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti